Ahşap Emprenye Vernik – taxta məmulatı mikroorqanizmlərdən qoruyan, çürüməsinin qarşısını alan və müxtəlif iqlim şərtlərinə qarşı müqavimət göstərən dəyişdirilmiş qatran əsaslı bir taxta emprenyasıdır.
Bu məhsul taxta evlər, pəncərələr, evyan məhəccərləri, çöl qapılar, pergolalar (söhbətgah), taxta hasarlar, elektrik dirəklərində və s. yerlərdə təhlükəsiz şəkildə istifadə olunur.
Emprenye prosesi taxta məmulatı məhlula batırma və ya fırçalama ilə həyata keçirilir. Batırma üsulu tətbiq edildikdə, taxta məmulat tamamilə məhlula batırılmalı və növündən asılı olaraq 5-15 dəqiqə gözləmək lazımdır. Emprenye edilmiş taxta məmulatlar batırılma çənindən çıxarıldıqdan sonra 4-5 dəqiqə gözlədilməli və səthlərdə qalan artıq lak süzülməlidir. Emprenye edilmiş taxta məmulatlar 1 gün sonra boyana bilər, 2 gün sonra isə yapışdırıla bilər. Tam qoruma üçün taxta məmulatları qoruyucu bir lakla örtülməsi tövsiyə olunur.