Axtarış

Mebellər üçün məhsullar

Akrılık Dolğu Vernik

Məhsulun kodu: 314-1036

Akrılık Dolgu Vernik - iki komponentli, akrılık əsaslı və reaksiya kürlənməli dolğu lakıdır.  Bu məhsul akrılık üretan quruluşu sayəsində çox şəffaf, sərt, elastik və saralmayan bir səth əmələ gətirir. Laklanmış səthlər qısa müddətdən sonra cilalana bilər. Bu məhsul taxta məmulatın təbii rəngini dəyişdirmir və son laklanma mərhələsi üçün hamar bir səth əmələ gətirir. Akrılık Dolgu Vernik taxta məmulatın təbii görünüşünü qorumaq üçün nəzərdə tutulan açıq məsaməli tətbiqetmələr zamanı istifadəsi xüsusilə tövsiyə olunur.  

İstifadə yeri

AKRILIK DOLGU VERNİK (314-0036) - mebel sənayesində hər növ massiv və örtmə səthinə tətbiq olunan son qat lakdır.  Üzərinə Akrılık Sonkat Vernik məhsulu tətbiq olunur. 

İstifadə qaydaları

Bu məhsul sprey şəklində tətbiq olunur. Laklanmadan əvvəl cilalanmış səthlərin üzərindəki tozlar təmizlənməlidir. AKRILIK DOLGU VERNİK (314-0036) məhsulu normal məsaməli səthlərdə iki və ya üç çarpaz qat şəklində göstərilən nisbətdə (100/20) komponentləşdirildikdən sonra Akrılık Tiner (931-0311) ilə incəldilərək tətbiq olunur. Daha sonra bir çarpaz qat 10-15 dəqiqə ərzində açıq məsaməli səthlərə tətbiq olunmalıdır. Yay aylarında təxminən 4 saat, qış aylarında isə təxminən 12 saat sonra səthlər cilalanaraq (ilk olaraq cilalama no:220, daha sonra cilalama no:400 vasitəsilə) son laklanma mərhələsi üçün hazırlanmalıdır. 

Texniki məlumatlar

  • Sıxlıq (20°C , q/cm³ ): 0,96 - 1,00
  • Quruma müddəti (20°C);
  • Toz tutmaz quruma müddəti: 5-10 dəqiqə
  • Toxumaq üçün quruma müddəti: 20-25 dəqiqə
  • Tam quruma müddəti: 24 saat
  • Qatı maddə: 37,0 -41,0
  • Tinər: Akrılık Tiner (931-0311)
  • İncəlmə nisbəti: 20-30%
  • Sərtləşdirici:  369-0025
  • Komponentlərin qarışma nisbəti ( çəki ): 5/1
  • Cilalama müddəti (20°C ,300 q/m²): 3-4 saat
  • Komponentlərin qarışma müddəti (20° C): 3-4 saat
  • Boyama qabiliyyəti: Hər bir qatda 35-40 mikron quru səth saxlamaqla 1 litr məhsul ilə 8-10 m² sahəni laklamaq mümkündür (itkilər istisna olmaqla).