Yenilənmiş boya qatı öz evinizə bir daha aşiq olmağın ən asan yoludur!
Məkanların fasad boyası villaların və fərdi evlərin daxili boyaları qədər vacib olmalıdır. Xarici rəngi seçərkən çox diqqətli olmalısınız, çünki xarici görünüşün rəngləri ilk baxışdan məkan haqqında ilkin təəssüratı yaradacaqdır.
Fasad hissəyə çəkdiyiniz boya uzun illər eyni rəngdə qalması üçün istifadə edəcəyiniz rəngi seçmədən əvvəl keyfiyyətinə və rənginə diqqət yetirin.
Fasad işləri üçün aşınmaya davamlı boyalar seçin. Belə boyalar rəngini və fakturasını uzun müddət dəyişmir, günəşdə solmur, külək, qar və yağışın təsirinə məruz qalmır. Boyanın hansı səthlər üçün nəzərdə tutulduğuna diqqət yetirin.
Xarici boya tətbiqi çox zəhmətli bir işdir. Boyaların tərkibi və piqmentlərin davamlılığı nəzərə alınaraq işlər həyata keçirilir. Astarın üzərinə çəkilən iki qat xarici boya uzun illər (10 - 15 il) istifadə edilə bilər. Bundan əlavə, iqlim, günəşin şüaları, boyanın keyfiyyəti də istifadə müddətinə təsir edir.