Axtarış

Akrılık əsaslı məhsullar

Akrılık Parlak Vernik

Məhsulun kodu: 315-9000

Akrılık Parlak Vernik - iki komponentli, akrılık əsaslı və reaksiya kürlənməli parlaq lakdır. Bu məhsul sərt, parlaq, mat və saralmayan bir səth əmələ gətirir. Bu lak cızılmaya, zərbə və kimyəvi maddələrə qarşı çox davamlıdır.

İstifadə yeri

AKRILIK PARLAK VERNİK (315-9000) - mebel və dekorasiya işləri daxil olmaqla, mebel sənayesində hər növ massiv və örtmə səthinə tətbiq olunan son qat lakdır.  Bu məhsul poliüretan, polyester və akrılık əsaslı üzlüklərə rahat şəkildə tətbiq oluna bilər.

İstifadə qaydaları

AKRILIK PARLAK VERNİK (315-9000) məhsulu göstərilən nisbətdə komponentləşdirildikdən sonra Akrılık Tiner (931-0311) ilə incəldilərək poliüretan, polyester və ya akrılık dolğulu səthlərin üzərinə iki və ya üç qat tətbiq olunur. Tozsuz bir şəraitdə kürlənmə üçün saxlanılan məhsul ipək kimi hamar və sürüşkən səth yaradır. Bir dəfəyə qalın qat lak tətbiqi tövsiyə olunmur. 

Texniki məlumatlar

  • Sıxlıq (20°C , q/sm³ ): 0,96 - 1,00
  • Quruma müddəti (20°C):    
  • Toz tutmaz quruma müddəti: 15-20 dəqiqə
  • Toxumaq üçün quruma müddəti: 1,5-2 saat
  • Tam quruma müddəti: 24 saat
  • Qatı maddə: 52,0-56,0
  • Tinər: Akrılık tiner (931-0311)
  • İncəlmə nisbəti: 20-30%
  • Parlaqlıq: > 95
  • Sertleştirici: 369-0025
  • Komponentlərin qarışma nisbəti ( Çəki ):    2/1
  • Komponentlərin qarışma müddəti (20° C):  5-6 saat
  • Boyama qabiliyyəti: Hər bir qatda 45-50 mikron quru səth saxlamaqla 1 litr məhsul ilə 9-11 m² sahəni laklamaq mümkündür (itkilər istisna olmaqla). 
     
PDF yüklə