Axtarış

Mebellər üçün məhsullar

Bariyer Vernik

Məhsulun kodu: 895-9005

BARİYER VERNİK (895-9005) – tək komponentli, havada oksidləşmə ilə quruyan döşəmə lakıdır. Bu məhsul poliüretan və polyester dolğu lak tətbiqindən əvvəl massiv və örtmə səthlərə bir qat olaraq tətbiq olunur. Taxta məmulatların təbii rənginin qorunmasını təmin edir. BARİYER VERNİK nazik bir qat şəklində tətbiq olunduğundan dolğu lakların istifadəsinə qənaət edilir.

İstifadə yeri

Bu məhsul açıq və tünd rəngli massiv səthlərdə təbii rəng və görünüşü təmin etmək üçün ilk qat şəklində tətbiq olunur. 15-20 dəqiqə sonra selülozik, poliüretan and polyester dolğu lakları tətbiq oluna bilər. Döşəmə rənglənməsi  BARİYER VERNİK məhsulunun tam qurumasından sonra həyata keçirilməlidir.

İstifadə qaydaları

Bu məhsul örtmə və massiv səthlərinin məsamə quruluşundan asıla olaraq tək qat, çarpaz şəklində tətbiq olunur.

Texniki məlumatlar

  • Sıxlıq (20°C , q/sm³ ):  0,85 - 0,89
  • Quruma müddəti (20°C):    
  • Toz tutmaz quruma müddəti: 1-2 dəqiqə
  • Toxunmaq üçün quruma müddəti: 3-5 dəqiqə
  • Qatı maddə: 4,0 - 6,0
  • Komponentlərin qarışa müddəti (20° C): 4-5 saat
  • Boyama qabilliyəti: Tək qat tətbiq üçün 40-50 q/m² məhsul istifadə olunur. 1 lt məhsul ilə 20-25 m² sahə laklana bilər.