Cam Cila Mat - üretan alkid əsaslı və tək komponentli parket lakıdır. Bu məhsul havanın oksidləşməsi ilə quruyur. Üretan alkid əsaslılığı sayəsində bu lak cızılmaya və aşınmaya davamlıdır, səthə elastiklik və matlıq verir. Bu məhsul həmçinin su və kimyəvi maddələrə qarşı da davamlıdır.
Yaşayış yerləri, ofislər və bənzər binalarda hər növ parket və taxta döşəmələrdə son qat lak kimi istifadə edilə bilər.
Bu məhsul xam taxta parket səthlərə tətbiq olunmazdan əvvəl səthlər quru və təmiz olmalıdır. Təmir işləri zamanı taxta səthlərindəki mövcud olan köhnə lak izləri olduqca yaxşı təmizlənməlidir. Şüşə cilası zamanı bu məhsul 24 saat ara müddəti ilə ən az üç qat tətbiq olunmalıdır. Qatlar arası cilalanma həyata keçirilməlidir. Tətbiqetmə zamanı tinərə ehtiyac yoxdur. Bununla birlikdə, incəldilmə lazım olduğu təqdirdə sintetik tinərdər istifadə tövsiyə olunur.