Axtarış

Sentetik əsaslı məhsullar

Cam Cila Parlak

Məhsulun kodu: 115-0005

Cam Cila Parlak – üretan alkid əsaslı və tək komponentli parket lakıdır. Bu məhsul havada oksidləşmə ilə quruyur. Üretan alkid əsaslılığı sayəsində bu lak cızılmaya və aşınmaya davamlıdır, səthlərə elastiklik və parlaqlıq verir. Bu məhsul həmçinin su və kimyəvi maddələrə qarşı da davamlıdır. 

İstifadə yeri

Yaşayış yerləri, ofislər və bənzər binalarda hər növ parket və taxta döşəmələrdə son qat lak kimi istifadə edilə bilər.

İstifadə qaydaları

Bu məhsul xam taxta parket səthlərə tətbiq olunmazdan əvvəl səth quru və təmiz olmalıdır. Təmir işləri zamanı taxtanın səthlərdəki mövcud olan köhnə lak izləri çox yaxşı təmizlənməlidir. Şüşə cilası zamanı bu məhsul 24 saat ara müddəti ilə ən az üç qat tətbiq olunmalıdır. Qatlar arası cilalanma həyata keçirilməlidir. Tətbiqetmə zamanı tinərə ehtiyac yoxdur. Bununla birlikdə, incəldilmə lazım olduğu təqdirdə sintetik tinər istifadə olunması tövsiyə edilir.

Texniki məlumatlar

  • Sıxlıq (20°C , q/sm³ ):  0,90 -0,94
  • Qatı maddə: 52,0 - 56,0
  • Boyama qabilliyəti: Hər bir qatda 35-40 mikron quru səth saxlamaqla 1 litr məhsul ilə 10-12 m² sahəni laklamaq mümkündür (itkilər istisna olmaqla).