Axtarış

Epoksi boya ve astar

Epoxy Boya

Məhsulun kodu: 841-Seri

Epoxy Boya – iki komponentli, yüksək korroziyaya davamlı epoksi qatran əsaslı son qat boyadır. Tiksotrop quruluşu və yüksək qatı maddələri sayəsində bu boya qalın qatlar şəklində tətbiq oluna bilər. Səthlərə mükəmməl şəkildə yapışan və onlara elastiklik verən bir boya məhsuludur. Eyni zamanda bu boya cızıqlara, müxtəlif təsirlərə, sürtünməyə, turşulara, alkoqol, dəniz suyu, həmçinin mineral yağıar kimi bir çox kimyəvi maddələrə qarşı davamlıdır.

İstifadə yeri

Bu məhsul sənaye müəssisələrində, neft-kimya məhsulları, şəkər və gübrələr, bəndlər, hovuzlar, su təmizləyici qurğular, estakada və körpülərin metal hissələri, gəmi konstruksiyaları, qələvi, su və turşulara qarşı müqavimət tələb olunan metal səthlərdə və hər növ sənaye obyektlərinin və emalatxanaların döşəmələrində istifadə olunur.

İstifadə qaydaları

Ünlü Epoksi astar tətbiq olunmuş səthlərə Ünlü Epoksi Sonkat Boya məhsulu göstərilən nisbətdə sərtləşdirici və tinər ilə incəldilərək yaxşıca qarışdırılır. Hazırlanan boya qarışımı fırça, rolil ilə və ya püskürtmə şəklində tətbiq olunur. Püskürtmə şəklində 2 və ya 3 qat tətbiq olunur. Boyanın temperaturu +5 ° C-dən aşağı və nisbi rütubəti 80%-dən yuxarı olan yerlərdə tətbiq olunması tövsiyə olunmur.

Texniki məlumatlar

  • Sıxlıq (20°C , q/sm³ ):  1,40 - 1,60 (rəngə görə)
  • Quruma müddəti (20°C)     
  • Toz tutmaz quruma müddəti: 2-2,5 saat
  • Toxunmaq üçün quruma: 6-7 saat
  • Qat tətbiqi prosesi: 8-24 saat
  • Tam quruma müddəti: 7 gün
  • Qatı Maddə: 74,0 - 76,0
  • Tinər: Epoksi Tiner (971-0771)
  • İncəlmə nisbəti: %15-20
  • Sertləşdirici: 849-0080
  • Komponentlərin qarışma nisbəti ( Çəki ): 3/1
  • Boyama qabiliyyəti: Hər bir qatda 45-50 mikron quru səth saxlamaqla 1 litr məhsul ilə 10-12 m² sahəni laklamaq mümkündür (itkilər istisna olmaqla).