Axtarış

ÇINQILLI su istehsalı fabriki

“Çınqıllı Bulaq” MMC-nin bulaq suyu istehsalı zavodunda məhz müalicəvi əhəmiyyətə malik eyniadlı təbii bulaq suyu istehsal edilir. “Çınqıllı” suyu 3 kilometrlik məsafədən zavoda gətirilir.

Paslanmayan borular vasitəsilə müəssisəyə gətirilən su ionlaşdırıldıqdan sonra sudoldurucu aparata verilir. Həmin aparatda plastmas butulkalar ionlaşmış su ilə yuyulur, doldurulur, bağlanır, xüsusi ötürücü vasitəsilə etiket aparatına buraxılır. Etiketləndikdən sonra tarixvuran aparata keçir. İstehsal və istifadə tarixi vurulduqdan sonra sonuncu qablaşdırma aparatına aparılır. Buradan isə hazır vəziyyətdə anbara yığılır. Hazırda burada saatda 3000 butulka təbii bulaq suyu istehsal edilir.

"Katsan Group" tərəfindən Azərbaycan bazarında analoqu olmayan Özəl bir məhsul istifadə olunaraq antibakterial, yüksək zərbələrə və aşınmaya davamlı, çox sayda kimyasallara dayanıqlı ideal poliuretan səth əldə edilib.

"Çınqıllı" suyu bir neçə ölçülü – 0,5 və 1 litrlik butulkalara, həmçinin 5 və 20 litrlik qablara doldurulur. Müəssisənin məhsulları son vaxtlara qədər ancaq muxtar respublikanın ticarət obyektlərinə göndərilirdi. İndi isə sifariş əsasında paytaxt Bakıya göndərilməsinə də başlanılıb. Bu da onu deməyə əsas verir ki, muxtar respublikada sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara göstərilən diqqət və qayğı öz bəhrələrini verməkdədir.

Ən yüksək səviyyədə təchiz olunmuş laboratoriyalarda aparılmış analizlərin nəticələrinə görə, “Çınqıllı” suyundakı mikroelementlər və minerallar həzmə çox müsbət təsir edir, suyun yüngüllüyü, codluğunun azlığı orqanizm tərəfindən yaxşı mənimsənilməsinə səbəb olur və ümumi metabolizmə, fiziki-kimyəvi proseslərə yüksək təsir göstərir.