Axtarış

HƏYAT PARK yaşayış kompleksi

Bakı Ağ Şəhər şəhərsalma layihəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırımasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı" çərçivəsində həyata keçirilir. Bakı Ağ Şəhər haqlı olaraq səhərsalma sahəsində dünyanın ən görkəmli layihələrindən biri hesab olunur. 

Bakı şəhər kompleksi nəinki müasir və rahat binaları ilə, həmçinin öz səmərəliliyi ilə gözəl təsir bağışlayır. Layihə həm mühəndis-tikinti, həm də estetik nöqteyi-nəzərdən heyranlıq doğurur. Burada yaşamaq və işləmək arzusu doğuran cəlbedici mühit və infrastrukturun yaradılması üçün binaların və komplekslərin, sosial obyektlərin, park və yaşıl zonaların hamısının yeri mükəmməl planlaşdırılmışdır.  

"Katsan Group" tərəfindən AvtoPark Epoksi Self Levening (3mm qalınlıq) sistemimi tədbiq edilmişdir.

Fransız üslublu bu eleqant 7 mərtəbəli bina ATKİNS şirkəti tərəfindən yerli mütəxəssislərlə birlikdə xüsusi olaraq Bakı Ağ Şəhər üçün layihələndirilmişdir. Fasadın və damın üzlənməsi üçün materialın seçilməsi Baş Plana uyğun olaraq memarlıq tələbləri və texniki şərtlər ilə tənzimlənir. HƏYAT PARK yaşayış kompleksində mənzillərin iki  tərəfə çıxışlı işlənməsi keyfiyyətli mənzillərə olan müasir tələblərə uyğundur -  bunlar böyük hollar, geniş mətbəxlər, işıqlı qonaq otaqları, rahat yataq və vanna otaqlarıdır.