CPC" MMC-nin (Corn Proccessing Company) "Oğuz Qarğidali Emalı Məhsulları Kompleksi" 2011-ci il noyabrın 16-da fəaliyyətə başlamışdır.
Qarğıdalı emalı kompleksinin tam istehsal gücü ayda 2400 tondur. Hələlik isə istehlakçı şirkətlərin cari tələbatına əsaslanaraq, ilk dövrlərdə ayda 800 ton qarğıdalı emal olunması və emal məhsulu olaraq, ayda 550 ton qida qlükoza alınması nəzərdə tutulur.
Kompleksdə 90 nəfər işçi çalışır və istehsal həcmi artdıqca işçi heyətinin 200 nəfərə çatdırılması nəzərdə tutulur. Emal məhsulunun keyfiyyətinin beynəlxalq standartlar səviyyəsində olması, onun ixracına da geniş imkanlar açır.
Emal nəticəsində alınan əlavə məhsullar-kəpək, qlüten və özək heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə olunan yemlərin əsasını təşkil edir.