Axtarış

PARK BULVAR Adidas mağazası

“Park Bulvar” şəhərin mərkəzində olan və bakılıların qəlblərində xüsusi yer tutan Milli Parkda-Bulvarda əlverişli şəkildə yerləşmişdir. Bakıda ticarətin əsas cəlbedici yeri olan mərkəz pərakəndə satış və asudə vaxtın keçirilməsi üçün 17 000 kvadrat metrlik ərazi, 6 ədəd böyük ekranlı kinozal, planetarium, fud kort və supermarket təklif edir. Zirzəmidə 550 ədəd avtomobil tutumu olan dayanacaq vardır. 

Park Bulvar alış-veriş imkanı ilə yanaşı çoxlu sayda xidmətlər təklif edir. Bura asudə vaxtın, yemək, içki, musiqi və filmlərin dəbdə olduğu bir məkandır.

"Katsan Group" tərəfindən Park Bulvar Adidas mağazasında tədbiq etdiyimiz Jet Black ral 9005 rəng kodlu Epoksi sistemimiz öz prestiji ilə digər rənglərdən seçilir.

Adidas AG — Almaniyanın sənaye şirkətidir. İdman ayaqqabıları, gündəlik və idman geyimləri, digər idman inventarının istehsalı üzrə ixtisaslaşmışdır. Brend 1924-cü ildə Adolf və Rudolf Dassler qardaşları tərəfindən “Dassler qardaşlarının ayaqqabı fabriki” kimi yaradılıb. 

1948-ci ildə qardaşlar müəssisəni ayırmaq qərarına gəlir. Beləliklə, Adi Dassler Adidası təsis edir. Şirkətin geyimlərində eyni rəngdə üç paralel xətt vardır. Bu motiv onun loqosunda da əksini tapıb. Brend futbol, qolf və digər idman növlərində bir çox dünya çempionatlarına sponsorluq edir. Brendin Azərbaycan təmsilçisi  NOVCO GROUP OF COMPANIES şirkətidir.