Axtarış

Sentetik əsaslı məhsullar

Lux Sentetik Boya

Məhsulun kodu: 111-Seri

ÜNLÜ SENTETİK SONKAT BOYA (111-SERİ) – sintetik qatran əsaslı, parlaq son qat boyadır. Həlledici (solvent) əsaslı, daxili və xarici şəraitə davamlı və asan şəkildə tətbiq olunan bu məhsul havada okdisləşmə ilə quruyur. Bu çox yüksək keyfiyyətli və parlaq bir boyadır, fırça və roller izlərini qarşı davamlıdır.

İstifadə yeri

Bu boya binaların daxili və xarici səthlərindəki hər növ taxta, metal və divar səthlərinə uyğun astarlarla tətbiq olunur.

İstifadə qaydaları

Köhnə Taxta Səth: Səthdəki aşınmış və qabarmış boya qalıqları təmizləndikdən sonra taxta məmulat cilalanır və əsasən Ünlü Sentetik Astar (no 112) ilə astarlanır. Yeni Taxta Səth: Taxta səthdəki düyümlər yandırılır və əsasən Ünlü Sentetik Astar (no 112) ilə astarlanır. Köhnə Metal Səth: Səthdəki aşınmış və qabarmış boya qalıqları təmizləndikdən sonra metal cilalanır və əsasən Ünlü Sentetik Astar (no 112) ilə astarlanır. Yeni Metal Səth: Səth çirk, toz və yağdan təmizləndikdən sonra  Ünlü Sentetik Astar (no 112) ilə astarlanır. Divar Səthləri: Səthlərdəki aşınmış və qabarmış boya qalıqları təmizləndikdən sonra divar cilalanır və əsasən Ünlü Sentetik Astar (no 112) ilə astarlanır. Astar tətbiqindən 12-14 saat sonra Ünlü Sentetik (no 111) son qat boya istifadə olunur.

Texniki məlumatlar

  • Sıxlıq (20°C , q/sm³ ): 1,00 - 1,30 (Rəngə görə)
  • Quruma müddəti (20°C)     
  • Toz tutmaz quruma müddəti: 4-5 saat
  • Toxunmaq üçün quruma müddəti: 12-14 saat
  • Tam quruma müddəti: 1 ay
  • Qatı maddə: 60,0 - 80,0 (Rəngə görə)
  • Tinər: Sentetik tiner (911-0111)
  • Sprey şəklində tətbiq etmək üçün: 10-15%
  • Roller ilə tətbiq etmək üçün: 5-10%
  • Fırça ilə tətbiq etmək üçün: 5-10%
  • Boyama qabilliyəti: Hər bir qatda 45-50 mikron quru səth saxlamaqla 1 litr məhsul ilə 13-15 m² sahəni laklamaq mümkündür (itkilər istisna olmaqla).