Poliüretan Extra Parlak Vernik - iki komponentli, poliüretan əsaslı və reaksiya kürlənməli çox parlaq son qat lakdır. Tətbiq olunduğu səthlərə sərt, parlaq və dolğun görünüş verir. Poliuretan tərkibli bu məhsulla rənglənən səthlər cızıqlara, zərbələrə və saralmaya qarşı davamlı olur.
Poliüretan Extra Parlak Vernik – mebel və dekorasiya işləri daxil olmaqla, mebel sənayesində hər növ taxta səthlərə tətbiq olunan parlaq lakdır. Bu məhsul selülzoik, poliüretan və ya polyester dolğulu səthlər üzərinə son qat lak kimi tətbiq olunur. Polyester dolğu məhsulu ilə laklanmış səthlər daha çox parlaq olur.
Bu məhsul sprey şəklində tətbiq olunur. İstəyə uyğun olaraq, bu lak selülzoik, poliüretan və polyester dolğulu səthlərə çarpaz şəkildə 1-2 qat tətbiq olunduqda səthlər daha çox parlaq və hamar olurlar. İstəyə uyğun olaraq, stol və stulların hamar hissələri 15-20 dəqiqədən sonra daha bir çarpaz qat laklana bilər.