X-Ray Poliüretan 2+1 Özel Mat Vernik - iki komponentli, poliüretan əsaslı və reaksiya kürlənməli ipəksi son qat lakdır. Bu məhsul tətbiq olunduğu səthlərə mat-ipəksi və sürüşkən görünüş verir. Poliuretan tərkibli bu məhsulla rənglənən səthlər cızıqlara, zərbəyə və saralmaya qarşı davamlı olurlar. Yüksək qatı maddələrlə zəngin lak səthə tam dolğunluq verir. Bu məhsul xüsusilə cızıqlara qarşı davamlı məhsul istəyənlər üçün tövsiyə olunur.
X-Ray Poliüretan 2+1 Özel Mat Vernik - mebel və dekorasiya işləri daxil olmaqla, mebel sənayesində hər növ taxta səthlərə tətbiq olunan mat lakdır. Bu məhsul poliüretan və ya polyester dolğulu səthlər üzərinə son qat lak kimi tətbiq olunur.
Bu məhsul sprey şəklində tətbiq olunur. İstəyə uyğun olaraq, bu lak poliüretan və polyester dolğulu səthlərə çarpaz şəkildə 2-3 qat tətbiq olunur. Tozsuz bir şəraitdə kürlənmə üçün saxlanılan məhsul ipək kimi hamar və sürüşkən səth yaradır.