Selülozik Dolgu Vernik – nitroselülozik əsaslı, həlledicilərin (solvent) buxarlanması ilə quruyan dolğu lakıdır. Yüksək doldurma gücü, sürətli quruma, rahat və asan cilalanma, hər cür səthə asan yapışma və elastiklik bu məhsulun ən fərqli xüsusiyyətləridir. Bu məhsulla laklanmış taxta məmulatın rəngi və keyfiyyəti dəyişməz olaraq qalır.
Selülozik Dolgu Vernik – daxili istifadə üçün nəzərdə tutulmuş mebellərin, hər növ massiv və örtüklü taxta səthlərin doldurulması üçün nəzərdə tutulub.
Laklanmadan öncə cilalanmış taxta səthlər tozlardan təmizlənməlidir. Tətbiq metoduna uyğun olaraq, səthlər müvafiq viskoziteye gətirilməlidirlər. İstənilən səth dolğunluğundan asılı olaraq, 10-15 dəqiqə quruma müddətindən sonra iki-beş qat və çarpaz son qat tətbiq olunmalıdır. Son qat lak tətbiqindən ən azı 2 saat sonra səth cilalanmalı və onun üzərinə son qat lak tətbiq olunmalıdır. Sprey şəklində tətbiqetmədən başqa, digər növ tətbiq etmələr üçün Texniki Xidmət əməkdaşlarımıza müraciət etməyiniz tövsiyə olunur.