Axtarış

Mebellər üçün məhsullar

Poliüretan 2K Filler Dolğu Vernik

Məhsulun kodu: 274-0058

Poliüretam 2K FILLER Dolgu Vernik - iki komponentli, poliüretan əsaslı və reaksiya kürlənməli dolğu lakıdır. Yüksək dolğu qabiliyyətli bu məhsul ilə laklanan məmulatlar tez bir zamanda cilalana bilərlər. 

İstifadə yeri

Mebel sənayesində hər növ massiv və örtmə səthlərdə tətbiq olunan son qat boyadır.  Selülzoik, poliüretan, polyester və akrılık əsaslı məhsullar bu lakın üzərinə rahat şəkildə tətbiq oluna bilər. 

İstifadə qaydaları

Bu məhsul sprey şəklində tətbiq olunur. Laklanmadan əvvəl cilalanmış səthlər tozlardan təmizlənməlidir. Göstərilən qarışım nisbətində (100.50) komponentləşdirildikdən sonra məhsul Selülozik Süper tinər (961-0631) ilə incəldilərək çarpaz şəkildə, iki-dörd qat tətbiq olunur. Yay aylarında təxminən 2-3 saat, qış aylarında isə təxminən 12 saat sonra səth cilalanaraq (ilk olaraq cilalama no:220, daha sonra cilalama no:400 vasitəsilə) son laklanma mərhələsi üçün hazırlanmalıdır.    

Texniki məlumatlar

  • Sıxlıq (20°C , q/sm³ ): 1,14 -1,18
  • Quruma müddəti (20°C)    
  • Toz tutmaz quruma müddəti: 10-15 dəqiqə
  • Toxunmaq üçün quruma müddəti: 35-40 dəqiqə
  • Tam quruma müddəti: 24 saat
  • Qatı maddə: 58,0 - 62,0
  • Tinər: Süper Selülozik Tiner (961-0631)
  • İncəlmə nisbəti: 25-30%
  • Sərtləşdirici: 229-0332
  • Komponentlərin qarışma nisbəti (Çəki): 3/1
  • Cilalanma müddəti (20°C ,300 q/m²): 2-3 saat
  • Komponentlərin qarışma müddəti (20° C): 2-3 saat
  • Boyama qabiliyyəti: Hər bir qatda 45-50mikron quru səth saxlamaqla 1 litr məhsul ilə 10-12 m² sahəni laklamaq mümkündür (itkilər istisna olmaqla).