Axtarış

Poliuretan əsaslı məhsullar

Poliüretan High Performance Dolğu Vernik

Məhsulun kodu: 254-0050

POLİÜRETAN HIGH PERFORMANCE DOLGU VERNİK (254-0050) - iki komponentli, poliüretan əsaslı və reaksiya kürlənməli dolğu lakıdır. Yüksək dolğu qabiliyyətli bu məhsul ilə laklanan məmulatlar tez bir zamanda cilalana bilərlər.

İstifadə yeri

Örtmə və massiv kimi taxta məmulatların səthlərinə tətbiq olunan son qat lakdır. Selülozik, poliüretan, polyester və akrılık son qat laklar bu məhsulun üzərinə rahat şəkildə tətbiq oluna bilər.

İstifadə qaydaları

Bu məhsul sprey şəklində tətbiq olunur. Laklanmadan əvvəl cilalanmış səthlər tozlardan təmizlənməlidir. POLİÜRETAN HIGH PERFORMANCE DOLGU VERNİK (254-0050)  məhsulu normal məsaməli səthlərdə iki və ya dörd çarpaz qat göstərilən nisbətdə (100/50) komponentləşdirildikdən sonra Selülozik Süper Tiner (961-0631) ilə incəldilərək tətbiq olunur. Yay aylarında təxminən 2-3 saat, qış aylarında isə təxminən 12 saat sonra səth cilalanaraq (ilk olaraq cilalama no:220, daha sonra cilalama no:400 vasitəsilə) son laklanma mərhələsi üçün hazırlanmalıdır.

Texniki məlumatlar

  • Texniki məlumatlar
  • Sıxlıq (20°C , q/sm³ ):    0,98- 1,02
  • Quruma müddəti (20°C):    
  • Toz tutmaz quruma müddəti: 10-15 dəqiqə
  • Toxunmaq üçün quruma müddəti: 35-40 dəqiqə
  • Tam quruma müddəti: 24 saat
  • Qatı maddə: 49,0 -53,0
  • Tinər: Selülozik Süper Tiner (961-0631)
  • İncəlmə nisbəti:    25-30%
  • Sərtləşdirici: 229-0132
  • Komponentlərin qarışma nisbəti ( Çəki): 2/1
  • Cilalanma müddəti (20°C ,300 q/m²):    1,5-2 saat
  • Komponentlərin qarışma müddəti (20° C):    3-4 saat
  • Boyama qabiliyyəti: Hər bir qatda 45-50 mikron quru səth saxlamaqla 1 litr məhsul ilə 10-12 m² sahəni laklamaq mümkündür (itkilər istisna olmaqla).