Axtarış

Poliuretan əsaslı məhsullar

Poliüretan X-Ray Dolğu Vernik

Məhsulun kodu: 234-0147

Poliüretan X-Ray Dolgu Vernik - iki komponentli, poliüretan əsaslı və reaksiya kürlənməli dolğu lakıdır. Yüksək dolğu qabiliyyətli və əriməyə qarşı davamlı bu məhsul ilə laklanan məmulatlar tez bir zamanda cilalana bilərlər.  Son qat lakların tətbiq olunması üçün mükəmməl bir səth yaradır. 

İstifadə yeri

X-RAY POLİÜRETAN DOLGU VERNİK (234-0147) - mebel sənayesində hər növ massiv və örtmə səthlərdə tətbiq olunan son qat lakdır. Selülzoik, poliüretan və akrılık əsaslı məhsullar bu lakın üzərinə rahat şəkildə tətbiq oluna bilər. 

İstifadə qaydaları

Bu məhsul sprey şəklində tətbiq olunur. Laklanmadan əvvəl cilalanmış səthlər tozlardan təmizlənməlidir. Göstərilən qarışdırma nisbətində hazırlanan məhsul Selülozik Süper tinər (961-0631) ilə tətbiq viskozitesi mərhələsinə gətirilir. Normal məsaməli səthlərdə 2-3 çarpaz qat və çox məsaməli səthlərdə 3-4 çarpaz qat şəklində tətbiq olunur. Yay aylarında təxminən 2-3 saat, qış aylarında isə təxminən 8-10 saat sonra səth cilalanaraq (ilk olaraq cilalama no:220, daha sonra cilalama no:400 vasitəsilə) son laklanma mərhələsi üçün hazırlanmalıdır. 

Texniki məlumatlar

  • Sıxlıq (20°C , q/sm³ ): 0,96 - 1,00
  • Quruma müddəti (20°C)    
  • Toz tutmaz quruma müddəti: 8-10 dəqiqə
  • Toxunmaq üçün quruma müddəti: 15-20 dəqiqə
  • Tam quruma müddəti: 24 saat
  • Qatı maddə: 46,0 - 50,0
  • Tinər: Süper Selülozik Tiner (961-0631)
  • İncəlmə nisbəti:    20-25%
  • Sərtləşdirici: 229-0431
  • Komponentlərin qarışma nisbəti ( Çəki): 2/1
  • Komponentlərin qarışma müddəti (20° C): 2-3 saat
  • Boyama qabiliyyəti: Hər bir qatda 35-40 mikron quru səth saxlamaqla 1 litr məhsul ilə 8-10 m² sahəni laklamaq mümkündür (itkilər istisna olmaqla).