Axtarış

Polyester sistem məhsullar

Polyester Lake Astar

Məhsulun kodu: 812-Seri

Polyester Lake Astar – parafinsiz bir doymamış polyester qatran əsaslı astardır. Bu, çox yüksək bir doldurma gücünə sahib olan və hər növ taxta səthlərə üfüqi və şaquli olaraq tətbiq oluna bilən bir məhsul qrupudur. Asanlıqla cilalana bilir. Yüksək effektivliyə malik bu məhsul son qat lak tətbiqi üçün çox hamar bir səthi təmin edir.

İstifadə yeri

Bu məhsul MDF və DSP kimi taxta səthləri son qat boya tətbiqinə hazır vəziyyətə gətirmək üçün nəzərdə tutulub. Bu məhsulla astarlanmış səthlərə asanlıqla poliüretan, polyester və akrılık son qat boyalar tətbiq oluna bilər.

İstifadə qaydaları

Lak tətbiqindən əvvəl takta səthlər cilalanmalı və üzərindəki tozlar silinməlidir. İlk öncə POLYESTER ASTAR (812-1001) məhsulun içərisinə xüsusi sürətləndirici (859-0007) məhlulu əlavə olunaraq hərtərəfli qarışdırılmalıdır. Bir dəfəlik istifadə ediləcək miqdarda məhsuldan götürülməli və üzərinə sərtləşdirici (819-0025) maye əlavə olunmalıdır. Daha sonra məhsul yenidən yaxşıca qarışdırılmalı və dərhal sprey şəklində tətbiq olunmalıdır. Sprey tətbiq nəm və iki çarpaz qat şəklində tətbiq olunmalıdır. Qatlar arası tətbiq müddəti maksimum 30 dəqiqə olmalıdır. Yay aylarında təxminən 4 saat, qış aylarında isə təxminən 12 saat sonra səth cilalanaraq (ilk olaraq cilalama no:220, daha sonra cilalama no:400 vasitəsilə) son laklanma mərhələsi üçün hazırlanmalıdır.

Texniki məlumatlar

  • Sıxlıq (20°C , q/sm³ ):  1,48 - 1,52
  • Qatı maddə: 81,0 - 85,0 (Rəngə görə)
  • Tinər: Selülozik tiner (961-0631)
  • İncəlmə nisbəti: 100/2/2/5-10
  • Sərtləşdirici: 819-0025
  • Komponentlərin qarışma nisbəti ( Çəki ): no 812, 1 kq, 859-0007 20 ml, 819-0025 20 ml
  • Komponentlərin qarışma müddəti (20° C):    10-12 dəqiqə (qablaşdırma özlüyündə)
  • Boyama qabilliyəti: Hər bir qatda 65-70 mikron quru səth saxlamaqla 1 litr məhsul ilə 6-8 m² sahəni laklamaq mümkündür (itkilər istisna olmaqla).