Axtarış

Su bazlı sistem məhsullar

Protect Aqua Su Bazlı Deck Stain

Məhsulun kodu: 555-Seri

Protect Aqua Su Bazlı Deck Stain – taxta göyərtə döşəmələr üçün xüsusi olaraq hazırlanmış və istifadəyə hazır su əsaslı məhsul qrupudur. Bu məhsul xüsusi formulası sayəsində hər növ açıq hava taxta döşəmələrdə şəffaf görüntü yaradır. Eyni zamanda, EN-71-3 standartına cavab verən bu boyanın insan sağlamlığına və ətraf mühitə ziyanı yoxdur və taxta məmulatları bütün xarici təsirlərdən qoruyaraq onun uzun illər boyu keyfiyyətliliyini təmin edir. Protect Aqua Su Bazlı Deck Stain məhsulu taxta məmulatı ultrabənövşəyi şüaların və müxtəlif iqlim təsirlərindən qoruyur. Suya davamlıdır və yüksək aşınma müqavimətinə malikdir. Bundan əlavə, tiksotrop xüsusiyyəti sayəsində bu boya şaquli səthlərə rahat şəkildə tətbiq olunur və ətrafa yayılmır.

İstifadə yeri

Bu məhsul taxta göyərtə səthlərində istifadə olunmaq üçün hazırlanmışdır.

İstifadə qaydaları

İstifadədən əvvəl və istifadə zamanı məhsul yaxşıca qarışdırılmalıdır. Yağış ehtimalı varsa, boya tətbiq edilməməlidir. İstifadə üçün havanın və ağac səthinin temperaturu 10 °C-dən yuxarı və ağacın rütubəti isə 20% nisbətdən aşağı olmalıdır. Məhsulu istifadə edərkən su ilə incəltmək lazımdır. 

Yeni taxta məmulat:  Səthlər cilalanmalı (cilalama no: 80-100), təmizlənməli və yağlardan arıtlanmalıdır. İroko və tik kimi tanin və yağ tərkibli taxta məmulatlara Ünlü Protect Aqua Su Bazlı Deck Stain (no 555) tətbiq edilmədən əvvəl məhsulun yaxşı yapışmasını təmin etmək üçün taxta səthlər selülozik tinər ilə təmizlənməlidir. Səthlər tamamilə quruyandan sonra yenidən cilalanmalı (cilalama no: 80-100) və tozlardan təmizlənməlidir.

Köhnə taxta məmulat:  Keyfiyyətini itirmiş və rəngi solmuş taxta məmulatlar cilalanmalı (cilalama no: 80-100) və ya SU BAZLI DECK TEMİZLEYİCİ məhsulu ilə təmizlənməlidir. Boya fırça ilə tətbiq olunmalıdır və 20 °C temperaturda taxta məmulatların toxunmaq üçün quruma müddəti 4-5 saatdır. İkinci qat boya tətbiq etməzdən əvvəl ilk qatın tamamilə qurumasını gözləməl lazımdır və səthlərin yenidən cilalanması tövsiyə olunur. 

Təmir: Təmir olunacaq taxta səthlər təmiz və quru olmalıdır. Keyfiyyətin aşağı olmasını nəzərə alaraq ÜNLÜ PROTECT AQUA SU BAZLI DECK Stain (no 555) məhsulu 1-2 qat tətbiq olunmalıdır. Boya tətbiqindən ən geci bir il sonra təmir məqsədi ilə günəş şüalarına, yağış, qar və yüksək nəm iqlim şəraitinə məruz qalan səthlərin yoxlanılması tövsiyə olunur.

Texniki məlumatlar

  • Açıq hava səthlərdə istifadə etməyin
  • İstifadə etmədən əvvəl qarışdırın
  • Fırça və roller ilə iki qat tətbiq edin
  • Quruma müddəti – 24 saat
  • Yayılmır
  • Ultrabənövşəyi şüaların təsirlərinə qarşı davamlıdır
  • Su keçirmir