Axtarış

Sənaye sahələri üçün məhsullar

Rapid Endüstriyel Sonkat Boya

Məhsulun kodu: 441-Seri

Rapid Endüstriyel Sonkat Boya – havada oksidləşmə ilə quruyan, stirenlə modifikasiya olunmuş parlaq son qat boyadır. Bu boya tətbiq olunduğu səthlərdə çox tez quruma xüsusiyyətinə malikdir.

İstifadə yeri

Bu məhsul bütün dəmir və polad səthlərdə havada oksidləşmə ilə quruyan son qat boyalardan əvvəl astar olaraq tətbiq olunur. Bu boya kənd təsərrüfatı alətləri, polad məmulatları və əl alətləri, avtomobil sənayesi və inşaat avadanlıqlarının metal hissələrinin boyanması üçün geniş istifadə olunur.

İstifadə qaydaları

Məhsul istifadə edilmədən əvvəl səth toz və yağlardan təmizlənməlidir. Boyaya tövsiyə edilən tinər əlavə edilərək homojen bir qarışım əldə edilməli və Rapid Astar (no 442) məhsulunun üzərinə tətbiq olunmalıdır. Bir neçə qat boya tətbiq olunması tələb olunarsa, qatlar arası tətbiqetmələrdən 72 saat keçdikdən sonra yüngül cilalanma həyata keçirilməlidir.

Texniki məlumatlar

  • Sıxlıq (20°C , q/sm³ ):  0,98 - 1,38 (Rəngə görə)
  • Quruma müddəti (20°C)     
  • Toz tutmaz quruma müddəti: 8-10 dəqiqə
  • Toxunmaq üçün quruma müddəti: 15-20 dəqiqə
  • Tam quruma müddəti: 7 gün
  • Qatı maddə: 44,0 - 54,0 (Rəngə görə)
  • Tinər: Endüstriyel tiner (941-0412)
  • Boyama qabiliyyəti: Hər bir qatda 40-45 mikron quru səth saxlamaqla 1 litr məhsul ilə 10-12 m² sahəni laklamaq mümkündür (itkilər istisna olmaqla).