Selülozik İpek Mat Vernik - nitroselülozik əsaslı, həlledicilərin (solvent) buxarlanması ilə quruyan son qat lakdır. Bu lak tez quruyur və tətbiq olunduğu səthlərə çox dolğun şəkildə yayılır. Bu məhsulla laklanmış səthlər elastik və sərt olur, tam mat olmayan görünüş əldə edirlər.
SELÜLOZİK İPEK MAT VERNİK (615-4528) - mebel və dekorasiya işləri daxil olmaqla, mebel sənayesində hər növ taxta səthlərə tətbiq olunan ipəksi mat lakdır. Bu məhsul selülozik, poliüretan və ya polyester əsaslı üzlüklərə son qat lak olaraq tətbiq olunur.
Bu məhsul sprey şəklində tətbiq olunur. Taxta məmulatın işləməsini və keyfiyyətini saxlamaqla istənilən təbii görünüş əldə etmək üçün selülozik, poliiüretan və ya polyester dolğu lakı tətbiq olunur. Cilalanmadan sonra (ilk olaraq cilalama no:220, daha sonra cilalama no:400 vasitəsilə) səthə 2-3 qat çarpaz lak tətbiq olunur (qatlar arası 10-15 dəqiqə quruma müddətini gözləməklə). Sprey şəklində tətbiqetmədən başqa, digər növ tətbiq etmələr üçün Texniki Xidmət əməkdaşlarımıza müraciət etməyiniz tövsiyə olunur.