Axtarış

Selülozik əsaslı məhsullar

Selülozik Mat Vernik

Məhsulun kodu: 615-9000

Selülozik Mat Vernik – nitroselülozik əsaslı, həlledicilərin (solvent) buxarlanması ilə quruyan son qat lakdır. Bu lak tez quruyur və tətbiq olunduğu səthlərə çox dolğun şəkildə yayılır. Bu məhsulla laklanmış səthlər elastik və sərt olur, mat görünüş əldə edir.

İstifadə yeri

SELÜLOZİK MAT VERNİK (615-1028) - mebel və dekorasiya işləri daxil olmaqla, mebel sənayesində hər növ taxta səthlərə tətbiq olunan lakdır. Bu məhsul selülozik, poliüretan və ya polyester əsaslı üzlüklərə son qat lak olaraq tətbiq olunur.

İstifadə qaydaları

Bu məhsul sprey şəklində tətbiq olunur. Taxta məmulatın işləməsini və keyfiyyətini saxlamaqla istənilən təbii görünüş əldə etmək üçün selülozik, poliiüretan və ya polyester dolğulu lak tətbiq olunur. Cilalanmadan sonra (ilk olaraq cilalama no:220, daha sonra cilalama no:400 vasitəsilə) səthə 2-3 qat çarpaz lak tətbiq olunur (qatlar arası 10-15 dəqiqə quruma müddətini gözləməklə).  Sprey şəklində tətbiqetmədən başqa, digər növ tətbiq etmələr üçün Texniki Xidmət əməkdaşlarımıza müraciət etməyiniz tövsiyə olunur.   

Texniki məlumatlar

  • Sıxlıq (20°C , q/sm³ ): 0,93 - 0,97
  • Qatı Maddə: 30,0 - 34,0
  • Tinər: Selülozik Süper Tiner (961-0631)
  • İncəlmə nisbəti: 90-100%
  • Parlaqlıq: 10-15
  • Boyama qabiliyyəti: Hər bir qatda 35-40 mikron quru səth saxlamaqla 1 litr məhsul ilə 8-10 m² sahəni laklamaq mümkündür (itkilər istisna olmaqla).