Axtarış

Mebellər üçün məhsullar

Sentetik Antipas

Məhsulun kodu: 122-3003

Sentetik Antipas – asanlıqla tətbiq oluna bilən və səthlərə hamar görünüş verən bir komponentli yağ alkid əsaslı bir astardır. Bu məhsul özündə antikorozif piqmentlər birləşdirir və metal səthlərə son dərəcə yaxşı yapışır. 

İstifadə yeri

Bu məhsul sintetik son qat boyaların altına, kənd təsərrüfatı alətləri və avadanlıqları, maşınlar, polad konstruksiyalar, çənlər və borular, dəniz nəqliyyat vasitələrinin göyərtə hissələrinə və inşaat sənayesindəki metal hissələrə tətbiq olunur.

İstifadə qaydaları

İstifadədən öncə məhsul hərtərəfli qarışdırılmalıdır. Fırça və roller ilə tətbiq edərkən 5-10% nisbətində, sprey şəklində tətbiq edərkən isə 15-20% nisbətində sintetik tinər ilə incəldilməlidir. Fırça və roller ilə və ya sprey şəklində iki qat tətbiq edilməlidir.  İstifadə olunan alətlər sintetik tinər ilə təmizlənməlidir.

Texniki məlumatlar

 

  • Sıxlıq (20°C , q/sm³ )   =: 1,60 - 1,64 (Rəngə görə)
  • Quruma müddəti (20°C):    
  • Toz tutmaz quruma müddəti: 1,5-2 saat
  • Toxunmaq üçün quruma müddəti: 5-6 saat
  • Tam quruma müddəti: 72 saat
  • Qatı maddə: 81,0 - 85,0 (Rəngə görə)
  • Sprey şəklində tətbiq etmək üçün: %10-15%
  • Roller ilə tətbiq etmək üçün: 5-10%
  • Fırça ilə tətbiq etmək üçün: 5-10%
  • Boyama qabilliyəti: Hər bir qatda 50-60 mikron quru səth saxlamaqla 1 litr məhsul ilə 8-10 m² sahəni laklamaq mümkündür (itkilər istisna olmaqla).