ÜNLÜ SENTETİK MAT DEKORASYON BOYASI (no 117) – sintetik qatran və həlledici (solvent) əsaslı keyfiyyətli matdekorasiya boyasıdır. Həlledici əsaslı, daxili və xarici şəraitə davamlı və asan şəkildə tətbiq edillən bu məhsul havanın okdisləşməsi ilə quruyur. Bu çox yüksək keyfiyyətli bir boyadır, fırça və roller izlərini qarşı davamlıdır.
Binaların daxili hissələrində, dekorativ məqsədlər üçün taxta, divar, metal səthlərin rənglənməsində, çap işlərində, həmçinin işarə lövhələri və reklam panolarının boyanmasında son qat olaraq tətbiq olunur.
Köhnə Taxta Səth: Səthindəki aşınmış və qabarmış boya qalıqları təmizləndikdən sonra taxta məmulat cilalanır və əsasən Ünlü Sentetik Astar (no 112) ilə astarlanır. Yeni Taxta Səth: Taxta səthindəki düyümlər yandırılır və əsasən Ünlü Sentetik Astar (no 112) ilə astarlanır. Köhnə Metal Səth: Səthindəki aşınmış və qabarmış boya qalıqları təmizləndikdən sonra metal cilalanır və əsasən Ünlü Sentetik Astar (no 112) ilə astarlanır. Yeni Metal Səth: Səth çirk, toz və yağdan təmizləndikdən sonra Ünlü Sentetik Astar (no 112) ilə astarlanır. Divar Səthləri: Səthlərdəki aşınmış və qabarmış boya qalıqları təmizləndikdən sonra divar cilalanır və əsasən Ünlü Sentetik Astar (no 112) ilə astarlanır. Astar tətbiqindən 12-14 saat sonra Ünlü Sentetik (no 111) son qat boya istifadə olunur.