Axtarış

Sentetik əsaslı məhsullar

Teak Oil

Məhsulun kodu: 895-9050

Teak Oil – daha çox suya məruz qalan və açıq havada istifadə olunan tik, maun, sapelli, iroko və gül ağacı kimi sərt və yağlı taxta məmulatların asan və sürətli şəkildə keyfiyyətini saxlaması üçün tətbiq olunan xüsusi bir məhsuldur. Suya davamlıdır. Ultrabənövşəyi şüaların təsirlərinə, kif, göbələk və ağac qurdu kimi canlılara qarşı müqavimət qorumanı təmin edir. Bu məhsul taxta məmulatlara asanlıqla hopur və onların havalanmasına mane olmur. Bundan əlavə, Teak Oil taxta məmulatın quruluşunu qoruyaraq ona dekorativ xüsusiyyət verir.

İstifadə yeri

Teak Oil – su ilə təmasda olan bütün açıq ərazilər, xüsusən də hovuz kənarları və nerdivanları, gəmi göyərtələri və bağ mebelləri üçün etibarlı şəkildə istifadə olunur.

İstifadə qaydaları

Bu məhsul tətbiq edilmədən öncə səthlərdə olan çirk, köhnə boya və ya lak qalıqları təmizlənməlidir. Daha sonra səthlər yüngül şəkildə cilalanmalı və üzərindəki tozlar nəm bir əski parçası ilə təmizlənməlidir. Məhsulun tətbiq etmək üçün düz bir fırça və təmiz bir bez kifayətdir. Məhsul tətbiq edilmədən öncə yaxşıca qarışdırılmalıdır. Homojen (eyni) bir görünüş əldə etmək üçün bu məhsul ağac məmulatın tam yağ ilə doyurulması üçün hər bir istiqamətində bərabər miqdarda tətbiq olunmalıdır. Səthdə qalan artıq yağ təxminən 15-20 dəqiqə sonra təmiz bir əski parçası ilə silinməlidir. Tətbiq olunan qatın qalın olmamasına diqqət yetirilməlidir. Tərkibibdə həddindən artıq miqdarda təbii yağ olan tik və iroko kimi taxta məmulatlar ilk olaraq bu yağdan təmizlənməlidir. Buna görə cilalanmadan öncə səthlər selülozik tinərlə təmizlənməlidir. Daha sonra tinərin qurumasını gözləmək tövsiyə olunur.

Texniki məlumatlar

  • Sıxlıq (20°C , q/sm³ ):  0,87 - 0,91
  • Boyama qabilliyəti: Hər bir qatda 20-25 mikron quru səth saxlamaqla 1 litr məhsul ilə 18-20 m² sahəni laklamaq mümkündür (itkilər istisna olmaqla).