ÜNLÜCOLOR KONSANTRE AHŞAP RENKLENDİRİCİ (no 133) – həm su, həm də həlledici (solvent) incəldilə bilən, qatransız konsentrant rəngli bir məhluldur. İncəldilmə nisbəti arzulanan rəngin tündlüyündən asılı olaraq dəyişə bilər. Müxtəlif rəngləri qarışdıraraq fərqli tonlar əldə etmək mümkündür.
Bu məhsul açıq və qapalı məkan, hər növ massiv və örtmə səthlərə dolğu lakından əvvəl tətbiq olunur. Boyama məqsədilə dolğu və son qat laklarına maksimum 3% miqdarda əlavə olunur.
Bu məhsul örtmə və massiv səthlərə dolğu lakının vurulmasından əvvəl 100/100-500 nisbətində su və ya Selülozik Tiner (961-0631) ilə incəldilərək tətbiq olunur. Qat boyama, sprey və ya patina şəklində tətbiq oluna bilir. Rəng tonuna görə incəlmə nisbətləri dəyişə bilir.