Axtarış

Özəl məhsullar

Yol Çizgi Boyası

Məhsulun kodu: 451-Seri

Yol Çizgi Boyası – işıq təsirlərinə qarşı davamlı, təsirsiz piqment və dolduruculardan ibarət alkid qatran əsaslı bir məhsuldur. Tez bir zamanda quruma qabiliyyətli bu boya səthlərin mexaniki dayanıqlığını və aşınmaya davamlılığını təmin edir. Suya və benzinə qarşı müqavimətlidir.

İstifadə yeri

Bu məhsul asfalt, beton, polad konstruksiyalar və polad səthlər üçün uyğundur. Yol Çizgi Boyası magistral yolları, səki daşlarını, bordürləri, piyada keçidlərini, dayanacaqları və yüksək nəqliyyat sahələrini işarələmək və ya rəngləmək üçün istifadə olunur.

İstifadə qaydaları

Hər hansı bir yol nişanlayıcı boya tətbiq etməzdən əvvəl səthlər toz, kir, çınqıl və digər çirkləndiricilərdən təmizlənməlidir. Səki daşlarını boyayarkən əvvəlcə qırıq və əskik hissələri düzəltmək və ya dəyişdirmək lazımdır. Yol xətlərinin nişanlanması mümkün qədər geniş və boş səthlərdə həyata keçirilməlidir. Boya təmiz və quru bir asfalt səthinə küləksiz və quru hava şəraitində tətbiq olunmalıdır. Asfalt səthinin temperaturu ən az 15 °C olmalı və nisbi rütubətlik 85%-dən çox olmamalıdır. Yol Çizgi Boyası xüsusi tinərlə tətbiqetmə vizkozitesinə gətirildikdən sonra fırça, roller və ya avtomatik yol nişanlama maşınları ilə birbaşa səthə tətbiq olunur. Toxunmaq üçün quruma müddətini (25˚C-də 15 dəqiqə) bitənə qədər boyanmış ərazidə nəqliyyat hərəkətinə məhdudiyyət qoyulmalıdır.

Texniki məlumatlar

  • Sıxlıq (20°C , q/sm³ ):  1,47 - 1,51 (Rəngə görə)
  • Quruma müddəti (20°C):    
  • Toz tutmaz quruma müddəti: 5-7 dəqiqə
  • Toxunmaq üçün quruma müddəti: 15-20 dəqiqə
  • Qatı maddə: 68,0 - 72,0 (Rəngə görə)
  • Tinər: Yol çizgi boyası tineri (951-0451)
  • Boyama qabiliyyəti: Hər bir qatda 35-40 mikron quru səth saxlamaqla 1 litr məhsul ilə 10-12 m² sahəni laklamaq mümkündür (itkilər istisna olmaqla).