Axtarış

Sənaye sahələri üçün məhsullar

Epoxy Ahşap Verniği

Məhsulun kodu: 865-0100

Epoxy Ahşap Vernik – epoksi qatran əsaslı, iki komponentli bir lakdır. Bu şəffaf lak səthlərə parlaqlıq verir və çox yönlü istifadə oluna bilər.

İstifadə yeri

Bu boya masalar, oyun lövhələri, mebellər, daşlar, dəniz qabıqları, keramika, rəsm və fotoşəkillər üçün qoruyucu məhsul kimi istifadə olunur. Eyni zamanda, bu məhsul taxta kötüklərindəki boşluqları doldurmaq üçün dekorativ şəkildə də istifadə olunur.

İstifadə qaydaları

Məhsul istifadə olunmadan əvvəl səthlər tamamilə kürlənməli, quru olmalı, pas, yağ, toz və hər növ çirkləndiricilərdən təmizlənməlidir. Məhsulun tətbiq olunacağı sahələrin ətrafları pleksiqlas şəklində qəliblənməlidir. EPOKSİ AHŞAP VERNİK  (865-0100) istifadə etdikdən sonra onun üzərinin tozlanmadığına əmin olmalısınız. Məhsuldan istifadə zamanı qoruyucu geyim və əlcəklərdən istifadə edilməlidir. Müəyyən edilmiş dərəcədə 1-ci komponentə bir sərtləşdirici maye əlavə olunur, 5-6 dəqiqə qurudulur və homojenləşdirilənə qədər yavaş şəkildə matqab ilə qarışdırılır. Qarışdırılan məhsul laklanacaq sahənin ortasına tökülür.  Bu məhsul 20 dəqiqə ərzində tətbiq edilməlidir. Məhsul töküldükdən sonra mütənasib şəkildə yayılması üçün bütün səthdə bir istiqamətdə yayılmalıdır. Məhsul qurumağa başlayandan sonra onu yaymayın. Tətbiq zamanı qatların qalınlığı 1 sm-dən çox olmamalıdır. İlk tökmə prosesində əmələ gələn köpüklərin çoxu səthə qalxaraq yox olur. Bununla birlikdə, EPOKSİ AHŞAP VERNİK (865-0100) qalın tətbiq olunduğundan bütün köpüklər xaric olmur. Bu səbəblə, tökmə prosesindən sonra quruma başladan əvvəl köpüyü xaric etmək üçün drülördan istifadə edilir. Brülör səthə 15-20 sm məsafədə tutularaq bütün səth üzrə hərəkət etdirilir. Köpüyün xaric olmasını asanlaşdırmaq üçün səth bir qədər qızdırılır. Blülöru eyni sahəyə uzun müddət istiqamətləndirmək olmaz. Arzu olunan qalınlıq əldə edilənə qədər dökmə prosesi eyni şəkildə ən azı 8 saat fasilə ilə təkrar həyata keçirilir.

Texniki məlumatlar

  • Sıxlıq (20°C , q/sm³ ):  1,02 ± 0,02
  • Quruma müddəti (20°C):    
  • Qat tətbiqi prosesi: minimum 8 saat
  • Tam quruma müddəti: 3 gün
  • Qatı maddə: 100,00 (qarışım)
  • Sərtəşdirici: 869-0081
  • Komponentlərin qarışma nisbəti ( Çəki ): 2/1
  • Komponentlərin qarışma müddəti (20° C): 25-30 dəqiqə