Protect Aqua Su Bazlı Teak Oil – daha çox suya məruz qalan və açıq havada istifadə olunan tik, maun, sapelli, iroko və gül ağacı kimi sərt və yağlı taxta məmulatların asan və sürətli şəkildə təmir etmək üçün tətbiq olunan xüsusi bir məhsuldur. Suya davamlılıq, ultrabənövşəyi şüaların təsirlərinə, kiflənməyə, göbələk və ağac qurdu kimi canlılara qarşı qorumanı təmin edir. Bu məhsul taxta məmulatlara asanlıqla hopur və onun havalanmasına mane olmur. Bundan əlavə, Teak Oil taxtanın quruluşunu qoruyaraq ona dekorativ xüsusiyyət verir.
Bu məhsul su ilə təmasda olan bütün açıq ərazilər, xüsusən də hovuz kənarları və nərdivanları, gəmi göyərtələri və bağ mebelləri üçün etibarlı şəkildə istifadə olunur.
Bu məhsul tətbiq edilmədən öncə səthlərdə olan çirkləndiricilər, köhnə boya və ya lak qalıqları təmizlənməlidir. Daha sonra səthlər yüngül şəkildə cilalanmalı və üzərindəki tozlar nəm bir əski parçası ilə təmizlənməlidir. Məhsulu tətbiq etmək üçün düz bir fırça və təmiz bir bez kifayətdir. Məhsul tətbiq olunmadan öncə yaxşıca qarışdırılmalıdır. Homojen (eyni) bir görünüş əldə etmək üçün bu məhsul ağac məmulatın tam yağ ilə doyurulması üçün hər bir istiqamətində bərabər miqdarda tətbiq olunmalıdır. Səthlərdə qalan artıq yağlar təxminən 15-20 dəqiqə sonra təmiz bir əski parçası ilə silinməlidir. Tətbiq olunan qatın qalın olmamasına diqqət yetirilməlidir. Tərkibibdə həddindən artıq miqdarda təbii yağ olan tik və iroko kimi taxta məmulatlar ilk olaraq bu yağdan təmizlənməlidir. Buna görə cilalanmadan öncə səthlər selülozik tinərlə təmizlənməlidir. Daha sonra tinərin qurumasını gözləmək tövsiyə olunur.