Polyester Dolgu Vernik – doymamış polyester qatran əsaslı, parafinsiz mebel lakıdır. Bu, çox yüksək bir doldurma gücünə sahib olan və hər növ taxta səthlərə üfüqi və şaquli olaraq tətbiq oluna bilən bir məhsul qrupudur. Asanlıqla cilalana bilir. Yüksək effektivliyə malik bu məhsul son qat lak tətbiqi üçün çox hamar bir səth təmin edir.
Bu məhsul örtücü və massiv kimi taxta səthləri son qat lak tətbiqinə hazır vəziyyətə gətirmək üçün hazırlanmışdır. Bu məhsulla laklanmış səthlərə asanlıqla poliüretan, polyester və akrılık son qat laklar tətbiq oluna bilər.
Lak tətbiqindən əvvəl takta səthlər cilalanmalı və üzərindəki tozlar silinməlidir. İlk öncə POLYESTER DOLGU Vernik (814-0061) məhsulun içərisinə xüsusi sürətləndirici (859-0007) məhlulu əlavə olunaraq hərtərəfli qarışdırılmalıdır. Bir dəfəlik istifadə ediləcək miqdarda məhsuldan götürülməli və üzərinə sərtləşdirici (819-0025) maye əlavə olunmalıdır. Daha sonra məhsul yenidən yaxşıca qarışdırılmalı və dərhal sprey şəklində tətbiq olunmalıdır. Sprey tətbiq nəm və iki çarpaz qat şəklində tətbiq olunmalıdır. Qatlar arası tətbiq müddəti maksimum 30 dəqiqə olmalıdır. Yay aylarında təxminən 4 saat, qış aylarında isə təxminən 12 saat sonra səth cilalanaraq (ilk olaraq cilalama no:220, daha sonra cilalama no:400 vasitəsilə) son laklanma mərhələsi üçün hazırlanmalıdır.