Selülozik Mat Vernik – nitroselülozik əsaslı, həlledicilərin (solvent) buxarlanması ilə quruyan son qat lakdır. Bu lak tez quruyur və tətbiq olunduğu səthlərə çox dolğun şəkildə yayılır. Bu məhsulla laklanmış səthlər elastik və sərt olur, mat görünüş əldə edir.
SELÜLOZİK MAT VERNİK (615-1028) - mebel və dekorasiya işləri daxil olmaqla, mebel sənayesində hər növ taxta səthlərə tətbiq olunan lakdır. Bu məhsul selülozik, poliüretan və ya polyester əsaslı üzlüklərə son qat lak olaraq tətbiq olunur.
Bu məhsul sprey şəklində tətbiq olunur. Taxta məmulatın işləməsini və keyfiyyətini saxlamaqla istənilən təbii görünüş əldə etmək üçün selülozik, poliiüretan və ya polyester dolğulu lak tətbiq olunur. Cilalanmadan sonra (ilk olaraq cilalama no:220, daha sonra cilalama no:400 vasitəsilə) səthə 2-3 qat çarpaz lak tətbiq olunur (qatlar arası 10-15 dəqiqə quruma müddətini gözləməklə). Sprey şəklində tətbiqetmədən başqa, digər növ tətbiq etmələr üçün Texniki Xidmət əməkdaşlarımıza müraciət etməyiniz tövsiyə olunur.