Axtarış

Su bazlı sistem məhsullar

Protect Aqua Su Bazlı Dış Cephe Renkli Vernik

Məhsulun kodu: 535-Seri

Protect Aqua Su Bazlı Dış Cephe Renkli Vernik – qapı, pəncərə doğramaları, pergolalar (söhbətgah) və bağ mebelləri kimi xarici taxta səthlərdə istifadə etmək üçün hazırlanıb. Bu, insan sağlamlığına və ətraf mühitə zərər verməyən, akrılık qatran əsaslı bir məhsuldur. Bu məhsul taxta məmulatı bütün xarici təsirlərdən qoruyaraq onun illər boyu keyfiyyətli qalmasını təmin edir. Ultrabənövşəyi şüaların təsirlərinə qarşı davamlı olan bu lak taxta məmulatları günəş işıqlarından, həmçinin yağış, qar, külək və duzun aşındırıcı təsirlərindən qoruyur. Bundan əlavə, tiksotrop xüsusiyyəti sayəsində bu lak şaquli səthlərə ətrafa yayılmadan rahat şəkildə tətbiq olunur. Qalın qat tətbiq olunduğu zaman belə bu lak ətrafa yayılmır.

İstifadə yeri

Protect Aqua Su Bazlı Dış Cephe Renkli Vernik – qapı, pəncərə doğramaları, pergolalar (söhbətgah) və bağ mebelləri kimi xarici taxta səthlərində istifadə olunur.

İstifadə qaydaları

İstifadədən əvvəl səthlərdə köhnə boya və ya lak izləri varsa taxta məmulatlar cilalanaraq və ya Ünlü Boya Sökücü istifadə edilərək təmizlənir. Səth selülozik tinər ilə silinərək laklanmaya hazır vəziyyətə gətirilir.

Taxta səthləri kiflənmədən və bakteriyalardan qorumaq üçün Ünlü Protect Aqua Su Bazlı Ahşap Koruyucu Vernik (no 545) istifadəsi Protect Aqua Su Bazlı Dış Cephe Renkli Vernik (no 535) məhsulumuzun effektivliyini artiracaq. Protect Aqua Su Bazlı Dış Cephe Renkli Vernik (no 535) məhsulumuz tam qablaşdırılaraq istifadəyə hazırdır. Lazım gələrsə 5-10% nisbətində içməli su əlavə etməklə lakı incəltmək mümkündür. Bu məhsul fırça, havalı (konvensiya) və ya havasız tapança (püskürtmə metodu) ilə minimum iki qat, iroko, palıd, şabalıd, maun, sapele kimi dərin taxta məmulatlarda minimum üç qat tətbiq oluna bilər. Taninli sərt taxta məmulatların səthlərinə açıq tonda olsa belə Ünlü Protect Aqua Su Bazlı Ahşap Koruyucu Vernik (no 545) tətbiq olunmalıdır. İstifadə olunacaq rəng tonu nə qədər tünd olarsa, Ünlü Protect Aqua Su Bazlı Dış Cephe Renkli Vernik (no 535) effektivliyi bir o qədər yüksək olacaq.

Su əsaslı xarici lak sisteminin uzun illər boyu effektiv qalması üçün ən vacib məqamlardan biri lazımi miqdarda (300-350 q/m²)  məhsulun taxta səthlərə tətbiq olunmasıdır.  Məhsul 3-4 saat fasilələrlə qatlar arası yüngül cilalanaraq tətbiq olunmalıdır. Xüsusi taxta məmulatlara tətbiqetmələr zamanı Texniki Servis əməkdaşlarımızdan məlumat almagınız tövsiyə olunur.

Texniki məlumatlar

  • Açıq hava səthlərdə istifadə edin;
  • Döşəmə səthlərdə tətbiq etməyin;
  • İstifadədən əvvəl qarışdırın;
  • Lazım gələrsə 5-10% nisbətində su ilə incəldin;
  • Quruma müddəti – 14-16 saat;
  • Suya davamlıdır;