Axtarış

Su bazlı sistem məhsullar

Protect Aqua Su Bazlı Teak Oil

Məhsulun kodu: 595-9050

Protect Aqua Su Bazlı Teak Oil – daha çox suya məruz qalan və açıq havada istifadə olunan tik, maun, sapelli, iroko və gül ağacı kimi sərt və yağlı taxta məmulatların asan və sürətli şəkildə təmir etmək üçün tətbiq olunan xüsusi bir məhsuldur.  Suya davamlılıq, ultrabənövşəyi şüaların təsirlərinə, kiflənməyə, göbələk və ağac qurdu kimi canlılara qarşı qorumanı təmin edir. Bu məhsul taxta məmulatlara asanlıqla hopur və onun havalanmasına mane olmur. Bundan əlavə, Teak Oil taxtanın quruluşunu qoruyaraq ona dekorativ xüsusiyyət verir.

İstifadə yeri

Bu məhsul su ilə təmasda olan bütün açıq ərazilər, xüsusən də hovuz kənarları və nərdivanları, gəmi göyərtələri və bağ mebelləri üçün etibarlı şəkildə istifadə olunur.

İstifadə qaydaları

Bu məhsul tətbiq edilmədən öncə səthlərdə olan çirkləndiricilər, köhnə boya və ya lak qalıqları təmizlənməlidir. Daha sonra səthlər yüngül şəkildə cilalanmalı və üzərindəki tozlar nəm bir əski parçası ilə təmizlənməlidir. Məhsulu tətbiq etmək üçün düz bir fırça və təmiz bir bez kifayətdir. Məhsul tətbiq olunmadan öncə yaxşıca qarışdırılmalıdır. Homojen (eyni) bir görünüş əldə etmək üçün bu məhsul ağac məmulatın tam yağ ilə doyurulması üçün hər bir istiqamətində bərabər miqdarda tətbiq olunmalıdır. Səthlərdə qalan artıq yağlar təxminən 15-20 dəqiqə sonra təmiz bir əski parçası ilə silinməlidir. Tətbiq olunan qatın qalın olmamasına diqqət yetirilməlidir. Tərkibibdə həddindən artıq miqdarda təbii yağ olan tik və iroko kimi taxta məmulatlar ilk olaraq bu yağdan təmizlənməlidir. Buna görə cilalanmadan öncə səthlər selülozik tinərlə təmizlənməlidir. Daha sonra tinərin qurumasını gözləmək tövsiyə olunur.

Texniki məlumatlar

  • Qapalı məkan səthlərdə istifadə edin
  • İstifadədən öncə qarışdırın
  • Fırça və ya roller ilə 1 qat tətbiq olunur
  • Toxunmaq üçün quruma müddəti – 4-6 saat
  • Quruma müddəti – 24 saat
  • Səthdəki artıq yağı əski parçası ilə təmizləyin
  • Dəniz suyuna qarşı daha da müqavimətlidir
  • Suya davamlıdır
  • Sürətli və asan istifadə edilir
  • Kiflənmə, bakteriya və göbələklərə qarşı qorunmanı təmin edir